Bakıda Çingiz Aytmatovun abidəsi qoyulub - FOTO

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda ucaldılacaq abidəsi quraşdırılıb.

Aznews.az xəbər verir ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parka gətirilib.

Abidənin açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarovun da iştirakı gözlənilir.

Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı heykəltəraş Natiq Əliyevdir.