- Hadisə
- 16:05
- 1 513
Sumqayıtda avtomobil divara çırpılıb, xəsarət alanlar var
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.