Bakıda mağazadan 30 min manatlıq dam örtükləri oğurlanıb

Bakı şəhərində noyabrın 1-də mağazadan 30000 manat dəyərində dam örtükləri oğurlanıb.

Aznews.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus *2300* manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Aznews.az