Səfir: Britaniya Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur

Müdafiə Britaniya-Azərbaycan Strateji Tərəfdaşlığının əsas sütunudur.

Aznews.az xəbər verir ki, bu barədə Britaniya səfiri Fergus Auld “X”-də bildirib.

Səfir Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə birlikdə Azərbaycan Prezidenti ilə görüşməkdən və müdafiə sahəsində gələcək imkanları müzakirə etməkdən məmnunluğunu ifadə edib.

“Britaniya il ərzində əldə edilmiş irəliləyişi alqışlayır və Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur”, - diplomat qeyd edib.

Aznews.az