• Hadisə
  • 20 Dekabr 2025 15:54
  •  3 295

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb

Goranboyda bədbəxt hadisə baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.

Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.