Sabirabadda yol qəzası azyaşlının ölümü ilə nəticələndi

Sabirabad piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə17:00 radələrində rayonun Şıxsalahlı kəndi ərazisindən keçən magistral avtomobil yolunda baş verib.

Belə ki, “VAZ-2107” markalı avtomobil 2016-ci il təvəllüdlü Məmmədli Hüseyn Sarvan oğlunu vurub.

Nəticədə ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.