- Hadisə
- 16:38
- 1 182
Sumqayıtda zəncirvari avtoqəza olub, xəsarət alanlar var
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Aznews.az xəbər verir ki, hadisə şəhərin Babək küçəsində baş verib.
Belə ki, "Mazda", "Kia" markalı minik avtomobilləri və bir yük avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
İddialara görə, "Mazda" markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yük avtomobilinə çırpılıb, daha sonra isə təkər təmiri sexində dayanan "Kia" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.