- Hadisə
- 22 Dekabr 2025 12:01
- 5 391
Amnistiya aktı qadın məhkumların cəza çəkdiyi müəssisədə icra olunub - FOTO
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsində icra olunub.
Aznews.az xəbər verir ki, cəzaçəkmə müəssisəsindən bu gün 22 məhkum azadlığa buraxılıb.
22 məhkumdan 2-si azyaşlı övladı ilə birgə azadlığa çıxıb.
Aznews.az