- Hadisə
- 00:59
- 1 648
Bakı-Quba magistralında ağır qəza: Bacı-qardaş öldü
Bakı–Quba avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Aznews.az xəbər verir ki, magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Qəza zamanı 2001-ci il təvəllüdlü Mirzəyev Ramal Cəmaləddin oğlu və bacısı - 2006-cı il təvəllüdlü Mirzəyeva Səma Cəmaləddin qızı hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Aznews.az