- Hadisə
- 13:21
- 1 640
Siyəzəndə yol qəzasında bacı-qardaş ölüb
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, Fərid Mirzəyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil yük avtomobilinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər – 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Aznews.az