“Kəpəz”in futbolçusu bıçaqlandı

“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.

O, Gəncədə hücuma məruz qalıb.

Aznews.az xəbər verir ki, klubdan verilən məlumata görə, yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib. Rzayevin durumu ağırdır. Lakin onun ölüm təhlükəsi yoxdur.

Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V. Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı zəmində baş verdiyi isə bildirilməyib.

Futbolçunu bıçaqlayan şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

AzNews.az