Sumqayıtda evdə meyit tapılıb

Sumqayıtda evdə meyit tapılıb.

Aznews.az xəbər verir ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.