Azərbaycan Meksika ilə turizm sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Meksika arasında turizm sahəsində əlaqələrin perslektivləri müzakirə edilib.

Aznews.az xəbər verir ki, Məlumata görə, müzakirələr Agentliyin sədri Fuad Nağıyevin Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşündə baş tutub.

Xanım səfir Azərbaycan turizm sənayesini təmsil edən bir neçə nəfərlik heyət üçün Meksikaya tanışlıq səfərinin təşkil olunacağı barədə məlumat verib, F.Nağıyevi 27-30 apreldə Akapulko şəhərində keçiriləcək Latın Amerikası regionunun ən böyük və nüfuzlu sərgilərindən biri olan "Tianguis Turistico Mexico 2026"da iştirak etməyə dəvət edib.

F.Nağıyev öz növbəsində Azərbaycan tərəfinin Meksikanın aparıcı bloger və media nümayəndələrinin ölkəmizə tanışlıq səfərinin keçirilməsinə hazır olduğunu qeyd edib.

Görüşdə BMT Turizm və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az