Ağdam rayonunun Zəngişalı kəndində bədbəxt hadisə baş verib.
Aznews.az xəbər verir ki, hadisə zamanı 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu təsərrüfat işləri görərkən ağır xəsarətlər alaraq həyatını itirib.
Məlumata görə, traktora qoşulmuş torpaqəzən texnika ehtiyatsızlıq nəticəsində işə düşüb və nəticədə gənc ölümcül xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az