- Hadisə
- 13:15
- 2 084
Yaxın bir saat ərzində Bakı metrosunun fəaliyyəti bərpa ediləcək
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.
"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
"Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək".
Aznews.az