Polis Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxsi saxlayıb

Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Aznews.az xəbər verir ki, Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.