- Hadisə
- 15:43
- 1 613
Azərbaycan və Gürcüstanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakı şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qurumları arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyi xüsusi vurğulanıb, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.