DİN: Masazırda 13 nəfər saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

DİN-dən verilən məlumata görə, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

Aznews.az