Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi

Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.

AzNews.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.