- Hadisə
- 10:07
- 1 169
Füzulidə avtomobil piyadanı vuraraq öldürdü
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Aznews.az xəbər verir ki, hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib.
Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.