- Ermənistan və Gürcüstan
- 15 Aprel 2019 15:52
- 3 009
İranda daha iki nəfər edam olundu
Edam edilən şəxslərin məhkəmə prosesi barədə məlumat verilməyib
İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə ittiham olunaraq ölümə məhkum edilən daha 2 nəfər edam edilib.
Edamlar 4 gün əvvəl baş versə də, bu barədə məlumat yeni yayılıb.
Məlumata görə, 5 il əvvəl Məşhəd şəhərində 11 kiloqramlıq narkotik maddə qaçaqmalçılığına görə həbs edilən məhkumlar Taha Şirdoxt və Kazım Minayi aprelin 11-də Adilabad həbsxanasının həyətində dara çəkiliblər.
Edam edilən şəxslərin məhkəmə prosesi barədə məlumat verilməyib.(teleqraf.com)
AzNews.az