- Ermənistan və Gürcüstan
- 8 Dekabr 2019 00:00
- 4 256
Qonşu ölkədə yeni pilotsuz uçuş aparatı təqdim edildi
Yeni dronun uçuş müddəti 24 saata qədər təşkil edə bilər
İranda yeni "Simorgh" pilotsuz uçuş aparatı təqdim olunub.
Bu barədə "Tasnim" agentliyi bildirib.
Məlumata əsasən, aparatın təqdimat mərasimi ölkənin cənub-şərqindəki Konarak şəhərində İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Hüseyin Xanzadinin iştirakı ilə keçirilib.
Bildirilib ki, yeni dronun uçuş müddəti 24 saata qədər təşkil edə bilər. O döyüş, taktiki və kəşfiyyat əməliyyatlarında istifadə edilə bilər.(trend.az)
AzNews.az