- Ermənistan və Gürcüstan
- 31 Dekabr 2021 17:09
- 9 288
Tehranın cənub-qərbində torpaq çöküb
Əhali təxliyə edilib
Tehranın cənub-qərbində torpaq çöküb.
Çökmə Nəsimşəhr bölgəsində baş verib.
Çökmə nəticəsində 12 evin dağılması ehtimalı olduğu üçün əhali təxliyə edilib.
15 metr dərinliyində baş verən torpaq çökməsinin səbəbi olaraq bu bölgədə olan qurumuş yeraltı su qaynaqları göstərilib.
Nəsimşəhr Tehranın 15 kilometr cənub-qərbində yerləşir. (APA)