- Ermənistan və Gürcüstan
- 15 Yanvar 2022 10:52
- 4 669
Gürcüstanda COVID-19-a yoluxanların sayı 990 mini ötüb
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib
Gürcüstanda ötən sutkada daha 5 381 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 30 pasiyent vəfat edib.
Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 990 183 nəfərdə aşkarlanıb, onların 14 425-i ölüb.
Son 24 saat ərzində 1 065, ümumilikdə isə 925 137 nəfər müalicə olunaraq sağalıb.