- Ermənistan və Gürcüstan
- 1 Aprel 2022 00:21
- 9 161
Gürcüstan Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşulub
Bunu respublika prezidenti Salome Zurabişvili bildirib
Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.
Aznews.az xəbər verir ki, bu barədə “CNN” telekanalının efirində respublika prezidenti Salome Zurabişvili bildirib.
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiya Federasiyasına qarşı - Red) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, - deyə Zurabişvili bildirib.