- Ermənistan və Gürcüstan
- 13 Noyabr 2023 16:43
- 8 783
"Zurabişvilinin ritorikası Gürcüstanın Çinə münasibəti ilə ziddiyyət təşkil edir" -Gürcüstanın baş naziri
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən görüşdə ölkə prezidenti Salome Zurabişvilinin Çin sədri Si Cinpin haqqında söylədiyi sözlərə görə Çinin səfiri Çjou Cyana təəssüfləndiyini bildirib.
Bu barədə Gürcüstan hökumətinin saytında məlumat verilib.
Qeyd olunur ki, Qaribaşvili görüş zamanı LCI televiziyasına müsahibəsində Rusiya və Çin liderlərinin nə vaxtsa mühakimə olunacağı təqdirdə bunun tarixi nəticə olacağını bildirən Gürcüstan prezidentinin sözlərini dəyərləndirib.
“Baş nazir Gürcüstan prezidentinin bəyanatından təəssüfləndiyini bildirib və ümidvar olduğunu bildirib ki, prezidentin bu bəyanatı Gürcüstan və Çin arasında münasibətlərin son dərəcə müsbət tarixi dinamikasına təsir etməyəcək və ya zərər verməyəcək”, - hökumətin bəyanatında deyilir.
Mövsüm
Aznews.az