Ermənistan parlamentinin iclası deputatlar arasında davaya görə yarımçıq qalıb

Ermənistan parlamentinin keçirilən iclası deputatlar arasında davaya görə yarımçıq qalıb. Görüş Ermənistanın "YouTube" kanalı 24TV-də yayımlanıb.

Ermənistanın baş naziri Nikola Paşinyanın bəzi generalları fərarilikdə ittiham edən sözlərindən sonra müxalifətlə iqtidaryönlü deputatlar arasında dava başlayıb.

“Sizin (müxalifət - red.) dediyiniz o generalların çoxu Vətən üçün tost içib. Müharibə başlayan kimi mənə zəng edərək onları çıxarmağımı istədilər. Onlar qorxaq və fəraridirlər”, - baş nazir bildirib.

Mövsüm

Aznews.az