- Ermənistan və Gürcüstan
- 1 Oktyabr 13:36
- 3 857
Gürcüstanda ilk beş xarici QHT qeydə alınıb
Gürcüstanda ilk beş xarici QHT qeydə alınıb.
Xarici qüvvələrin maraqlarını müdafiə edən təşkilatların reyestrinin siyahısına aşağıdakılar daxildir:
- "Gürcüstanda ukraynalıların gənclər təşkilatı – Svitanok”,
- "Fermer və Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı",
- "Kutaisi Gənclər Evi",
- "Xristian Birliyi",
- "Yəhudi Mədəniyyət və Təhsil Fondu".
Reyestrin rəsmi saytında verilən məlumata görə, təşkilatlar xaricdən əldə etdikləri gəlirləri, xərclərini və şirkətin maliyyə vəziyyətini əks etdirən bəyannamələr təqdim ediblər.
Ümumilikdə avqustun 1-dən sentyabrın 2-dək “Xarici agentlər” reyestrində könüllü qeydiyyatdan keçmək üçün 476 QHT və KİV müraciət edib.