Paşinyan və Putin iyunda yüksək səviyyəli görüş keçirəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, Rusiya prezidenti Vladimir Putin ilə bu ilin iyun ayının ikinci yarısında yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəlib.

Paşinyan qeyd edib ki, rəsmi İrəvan dəmir yolu layihələri ilə bağlı məsələləri Moskvanın arxasınca müzakirə etməyi planlaşdırmır. Onun sözlərinə görə, Ermənistan bu kimi həssas mövzularda şəffaf və koordinasiyalı yanaşmaya üstünlük verəcək.

Baş nazir həmçinin vurğulayıb ki, Ermənistan-Rusiya münasibətlərində əsas prinsip dostluq dialoqunun qorunması olacaq.

Mövsüm,

AzNews.az