Samvel Karapetyan seçkilərə görə Rusiya vətəndaşlığından imtina edir

Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün digər vətəndaşlıqlardan imtina prosesinə başlamışam.

Aznews.az xəbər verir ki, bunu Ermənistanda həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyan bildirib.

“Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarı verdim”, - “Güclü Ermənistan” partiyasının lideri bildirib.

Qeyd edək ki, Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlıqlarına malikdir.

Xatırladaq ki, Ermənistan parlamentinə 7 iyun tarixində keçiriləcək seçkilərdə iştirak etmək üçün Ermənistan vətəndaşlığından başqa digər vətəndaşlıqlara sahib olmaq maneə sayılır.