- Türkiyə
- 15 Aprel 14:53
- 4 172
Ərdoğan TBMM-də çıxış etdi: Türkiyə, İsrail və regionda sülh barədə sərt mesajlar
Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM qrup toplantısında açıqlamalar verib.
Çıxışında o, “Türkiyə Respublikası dövləti sıradan bir dövlət deyil” deyib və əlavə edib: “Heç bir güc Türkiyəyə və Türkiyə Prezidentinə barmaq silkələyə bilməz. Şəxsimə dil uzadan qatillərə bunu yenidən xatırladıram.”
Ərdoğan həmçinin bildirib:
“Sıxılmış yumruqlarla müzakirə aparmaq olmaz. Sözün yerinə yenidən silahların danışmasına imkan verilməməlidir. İsrail hökumətinin prosesi pozmasına icazə verilməməlidir. Əgər bölgəmizdə sülh olacaqsa, bu sionist rejimə baxmayaraq olacaq”.
Mövsüm
AzNews.az