- Türkiyə
- 15 Aprel 14:29
- 2 316
Ərdoğan Türküstanda TDT-nin qeyri-rəsmi sammitində iştirak edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Türküstanda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.
Aznews.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşü zamanı məlum olub.
Kasım-Jomart Tokayev Qazaxıstana ilk dəfə səfər edən Cevdet Yılmazı salamlayaraq Türkiyənin Qazaxıstanın strateji tərəfdaşı olduğunu qeyd edib.
Cevdet Yılmaz göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Rəcəb Tayyib Ərdoğanın səmimi arzularını Kasım-Jomart Tokayevə çatdırıb.
Onun sözlərinə görə, Türkiyə Prezidenti mayın 14-də Qazaxıstana qarşıdakı səfərinə və Türküstanda TDT-nin qeyri-rəsmi sammitində iştirakına xüsusi önəm verir.
Qeyd edək ki, TDT-nin qeyri-rəsmi sammiti mayın 15-də Türküstanda keçiriləcək.