Cinayətkarlarla əlaqəli olan şəxslər müşahidə şurasında və ya audit komitəsində vəzifə tuta bilməzlər Cinayətkarlarla əlaqəli olan şəxslər müşahidə şurasında və ya audit komitəsində vəzifə tuta bilməzlər
  • Paytaxt
  • 17 Oktyabr 2018 18:33
  •  3 365

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdi - Prezident bu qanuna dəyişiklik etdi

Cinayətkarlarla əlaqəli olan şəxslər müşahidə şurasında və ya audit komitəsində vəzifə tuta bilməzlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edib.

Dəyişikliklər bunlardır:

- Cinayətkarlarla əlaqəli olan şəxslər monitorinq iştirakçılarında mühüm iştirak payına sahib və ya belə payın benefisiar mülkiyyətçisi ola, habelə monitorinq iştirakçılarında idarəetmə funksiyalarını yerinə yetirə, o cümlədən idarə heyətində, müşahidə şurasında və ya audit komitəsində vəzifə tuta bilməzlər.

- Nəzarət orqanları tərəfindən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi riskləri ildə bir dəfə qiymətləndirilir və nəzarət yoxlamaları müəyyən edilmiş risklərə uyğun olaraq aparılır.

- Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə işgüzar münasibətlərə və əməliyyatlara, o cümlədən ilkin çıxış və ya təyinat məntəqəsinin həmin dövlətin (ərazinin) olduğu pul vəsaitlərinin istənilən şəxs tərəfindən qəbul olunması və köçürülməsi ilə bağlı əməliyyatlara xüsusi diqqət yetirməli, bu cür əməliyyatların açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmadıqda onların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər. Tələb olunduğu təqdirdə, hesabat qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir.

- Maliyyə monitorinqi orqanı aparılmış təhlil nəticəsində həyata keçirilən əməliyyatlarda digər cinayətlərin əlamətlərini müəyyən etdikdə, müvafiq məlumatları istintaq aidiyyəti üzrə cinayət təqibini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına və ya prokurorluq orqanlarına göndərir.