“Ödəniş almadığını bildirən şəhid vərəsələri ilə bağlı geniş araşdırmalar aparılıb” “Ödəniş almadığını bildirən şəhid vərəsələri ilə bağlı geniş araşdırmalar aparılıb”
  • Paytaxt
  • 7 Noyabr 2018 16:13
  •  2 559

Nazir müavini: “Siyahıda adı olan şəhid vərəsələrinin yarısına ödənişlər bu il ediləcək”

“Ödəniş almadığını bildirən şəhid vərəsələri ilə bağlı geniş araşdırmalar aparılıb”

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib.

AzNews.az xəbər verir ki, konfransın əsas mövzusu son günlər bir qrup şikayətçinin Prezident Administrasiyası və digər aidiyyəti orqanlar qarşısında etiraz aksiyası keçirərək şəhid hərbi qulluqçuların sığorta ödənişini vaxtinda almadıqlarını və onlara təqdim edilən sübutların saxta olduğunu bildirməsidir. Əmək və əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayev bildirib ki, bu il siyahıda adı olan şəhid vərəsələrinin yarısına ödənişlərin edilməsi nəzərdə tutulub. Digər vərəsələr isə gələn il birdəfəlik ödəməni ala biləcəklər.

İdris İsayev qeyd edib ki, əvvəlcədən ödəniş almadığını bildirən şəhid vərəsələri haqqında geniş araşdırmalar aparılıb. Müraciət etmiş şəxslərin arasında anlaşılmazlıqlar olduğunu da bildirən nazir müavini deyib ki, onlar siyahıda adlarının olmadığını düşünüblər. Daha sonra isə onlar həmin adların siyahıda olduğunu öyrəniblər.

Səidə Nurməmmədli,

AzNews.az