Azərbaycan Basketbol Liqasının XIV turunda daha bir görüş keçirilib

Azərbaycan Basketbol Liqasının XIV turunda daha bir görüş keçirilib.

Aznews.az xəbər verir ki, "Gəncə" evdə "Sabah"la üz-üzə gəlib.

Gəncə İdman Sarayında baş tutan A qrupunun qarşılaşmasında Bakı təmsilçisi qələbə qazanıb - 101:77.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı (86:68), "Naxçıvan" "Sərhədçi"ni (65:57) məğlub edib. XIV tura yanvarın 25-də yekun vurulacaq.