- Hadisə
- 16:47
- 1 080
Neftçalada avtoqəza olub, ölən və xəsarət alanlar var
Neftçalada baş verən avtoqəzada bir ailənin dörd üzvündən biri ölüb, digərləri isə xəsarət alıb.
Aznews.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1982-ci il təvəllüdlü Ələkbərov Sabir Cabbar oğlu, onun həyat yoldaşı - 1990-cı il təvəllüdlü Ələkbərova Nuranə Sübhan qızı, övladları - 2011-ci təvəllüdlü Ələkbərov Murad Sabir oğlu və 2009-cu təvəllüdlü Ələkbərov Samir Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
M.Ələkbərov xəstəxanaya aparılarkən yolda həyatını itirib. Digər üç nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.