687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub. 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub.
  • Paytaxt
  • 15 Yanvar 2019 19:10
  •  1 772

Nazirliyin 700-ə yaxın əməkdaşı cəzalandırıldı

687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxili nəzarət tədbirləri çərçivəsində 700-ə yaxın əməkdaş barədə intizam tənbeh tədbirləri tətbiq olunub.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, ötən il nazirliyin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub.

Həmçinin, nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, dörd struktur vahidi üzrə audit yoxlamalarının nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

AzNews.az