"Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından icazəsiz və saxta səhifə yaradılması yolverilməzdir". "Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından icazəsiz və saxta səhifə yaradılması yolverilməzdir".
  • Paytaxt
  • 22 Yanvar 2019 20:22
  •  2 522

"Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış..." - DTX-dan AÇIQLAMA

"Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından icazəsiz və saxta səhifə yaradılması yolverilməzdir".

Sosial şəbəkələrdə, o cümlədən "Facebook"da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə aid olduğu bildirilən saxta səhifələrin yaradılmasına cəhdlər müşahidə olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi bununla əlaqədar bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili və akkauntu mövcud deyil!

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış bütün səhifələr saxtadır!

Bir daha diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır!
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “Facebook”, “Twitter” və “Youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.

AzNews.az