"Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm" "Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm"
  • Paytaxt
  • 15 May 2019 17:13
  •  1 702

İlham Əliyev Şimali Makedoniyanın yeni prezidentini təbrik etdi

"Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm"

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

AzNews.az