Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb
  • Paytaxt
  • 12 İyun 2019 12:10
  •  1 680

İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul etdi

Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq bildirildi, Rene Van der Lindenin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində Niderland şirkətlərinin iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, gələcək əməkdaşlıq məsələlərindən danışıldı.(AZƏRTAC)

AzNews.az