- Paytaxt
- 12:16
- 1 700
Nazir Azərbaycanda süni intellektin tətbiqindən danışıb
Müasir dövrdə idarəçilik süni intellekt və biotexnologiya ilə uyğunlaşdırılır. Amma proses davamlı olmalıdır.
Aznews.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası” adlı panel müzakirələrində çıxışı zamanı deyib.
O qeyd edib ki, qarşıda dayanan əsas vəzifələrdən biri “yol xəritə”lərinin hazırlanması və prioritet istiqamətlərin müəyyən edilməsidir: “Azərbaycanda biz bu istiqamətdə uyğunlaşmanı təmin etməyə və bu sahələr üzrə konkret fəaliyyət istiqamətlərini formalaşdırmağa çalışırıq. Bununla yanaşı, qanunvericilikdə və tənzimləyici çərçivədə vaxtaşırı dəyişikliklər edilir. Tənzimləyici çərçivə vasitəsilə səhiyyə, təhsil və iqtisadiyyat sahələrində fəaliyyət üçün zəruri şərait yaradılır. Bu çərçivə daxilində insanların bilik və bacarıqlar əldə etməsi üçün imkanlar formalaşdırılır”.