REAL TV-nin Baş direktoru Mir Şahin də medal alanlar sırasındadır REAL TV-nin Baş direktoru Mir Şahin də medal alanlar sırasındadır
  • Paytaxt
  • 11 İyul 2019 15:43
  •  4 266

İlham Əliyev bu tanınmışlara medal verdi - SİYAHI

REAL TV-nin Baş direktoru Mir Şahin də medal alanlar sırasındadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla bir çox tanınmış media və QHT nümayəndələri, ictimai xadimlər, tarixçi alimlər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunublar.

AzNews.az xəbər verir ki, onların arasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun, REAL TV-nin Baş direktoru Mir Şahinin, "Şərq" qəzetinin Baş redaktoru Akif Aşırlının, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin, Xalq şairi Sabir Rüstəmxanlının, görkəmli tarixçi alımlər - Boran Əzizin, Anar İsgəndərovun, Firdovsiyyə Əhmədovanın, Nəsiman Yaqublunun, tanınmış analitik Elçin Mirzəbəylininin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyevin, "525-ci qəzeti"n Baş redaktoru, AYB-nin katibi Rəşad Məcidin, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətin, "APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyninin, ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin, filologiya üzrə fəlsəfə doktoru, Ədalət Tahirzadənin, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin də adları var.

AzNews.az kollektivi adından onların hər birini təbrik edir və ictimai-siyasi fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!