O, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək O, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək
  • Paytaxt
  • 14 Oktyabr 2019 14:21
  •  2 281

Özbəkistan Prezidenti Azərbaycana gəldi - YENİLƏNİB

O, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

12.39

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana yola düşüb.

Özbəkistan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək VII Zirvə Görüşündə iştirak edəcək.

AzNews.az

image description