Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm - Mehriban Əliyeva

"Ölkəmizə sülh və tərəqqi arzulayıram"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım edib.

AzNews.az xəbər verir ki, M.Əliyeva mərhum prezident Heydər Əliyevin fotosunu paylaşaraq, onun unudulmaz xatirəsini ehtiramla yad edib:

“Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.

Aynur

AzNews.az

image description