Yollar buz bağlayacaq Yollar buz bağlayacaq
  • Paytaxt
  • 5 Fevral 2020 10:01
  •  6 667

Ölkədə qar-qiyamət olacaq - XƏBƏRDARLIQ

Yollar buz bağlayacaq

Anomal isti hava şəraitindən sonra fevralın 7-dən ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

AzNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Bildirib ki, Bakıda fevralın 7-dək havanın temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir. Lakin anomal isti hava şəraitindən sonra çox uzun olmasa da, ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

U.Tağıyeva əlavə edib ki, fevralın 7-də axşam saatlarından başlayaraq, şimal-qərb küləyinin sürəti artacaq. Fevralın 8-dən fevralın 10-u səhərədək şimal-qərb küləyinin sürəti saniyədə 30-35 metrədək güclənəcək. Fevralın 9-da havanın temperaturunun enməsi fonunda sulu qar və qar yağacaq.

Respublikanın yollarının, xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.