MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin də nəticələrini LƏĞV ETDİ

Lider namizədi Hadı Rəcəbli idi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

Xəbərə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, bir çox materiallara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib:

“Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib, qanunvericiliyin tələbləri pozulub. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarsız sayılan məntqələrinin sayı 27-dir.

İclasda həmin dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. (“Report”)

***

(Əvvəlki xəbər)

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 74 saylı Lənkəran kənd seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.

Xəbərə görə, hazırda iclas davam edir.

Qeyd edək ki, bu dairənin lider namizədi Hadı Rəcəblidir. ("Report")

AzNews.az