Azərbaycan və İtaliya bəstəkarlarının əsərləri ifa edilib Azərbaycan və İtaliya bəstəkarlarının əsərləri ifa edilib
  • Paytaxt
  • 21 Fevral 2020 11:15
  •  4 125

İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert olub

Azərbaycan və İtaliya bəstəkarlarının əsərləri ifa edilib

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konserti izləyiblər.

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

image description image description image description image description image description