"Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram" "Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram"
  • Paytaxt
  • 26 May 2020 14:54
  •  5 098

Rumıniya Prezidenti İlham Əliyevi təbrik etdi

"Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram"

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Rumıniya ilə Azərbaycan arasındakı dialoqun və əməkdaşlığın inkişafı strateji tərəfdaşlığın institusional çərçivəsində davam edəcəkdir. İkitərəfli iqtisadi əlaqələrin, o cümlədən regional əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində aparılan dialoqun gücləndirilməsi və şaxələndirilməsi qarşılıqlı münasibətlərimizin mühüm istiqamətlərini təcəssüm etdirir.

Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin”.