Şefik Caferoviç İlham Əliyevə başsağlığı verdi

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç son günlər cəbhə xəttində şəhid olan hərbçilərə görə Azərbaycan Prezidenti İlham Əliyevə baş sağlığı verib.

AzNews.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə mənim dərin başsağlığımı çatdırmağınızı Sizdən xahiş edirəm.

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

Ümidvaram ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq”.