• Paytaxt
  • 15 Oktyabr 2020 10:15
  •  2 145

Azərbaycan Prezidenti: Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil

“France 24” televiziya kanalına müsahibəsində deyib

Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil.

AzNews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Özümüzü müdafiə etməli idik. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır".